Xaçmaz rayonunun iki sakini oğurluqda şübhəli bilinərək saxlanılıb. Bu barədə bu gün, 31 iyul tarixində məlum olub.

Rayon sakini M.Baxışova məxsus “KamAZ” markalı yük maşınından 2 ədəd akkumulyator oğurlanmaqda şübhəli bilinən Armudpadar kənd sakini Natiq Zülfüqarov və Yergüc kənd sakini Tərlan Cəbrayılov saxlanılıblar.

Əməliyyat zamanı polis əməkdaşları yük maşınlarına aid xeyli sayda oğurlanmış akkumulyatorları maddi sübut kimi götürüblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisə barədə Baxışov iyulun 24-də Xaçmaz RPŞ-nə müraciət etmişdir.