Qusarda “Ladera” istirahət mərkəzindəki restoranda qanunsuz toy mərasimi keçirilib. Bu barədə bu gün, 31 iyul məlum olub.
Restoranın rəsmi portalda qeydiyyatda olmadığı və karantin rejimi qaydalarının pozulması qeydə alınıb. DİN-nin mətbuat xidmətindən bildirilib ki, obyekt sahibinə edilən xəbərdarlığa baxmayaraq, toy mərasimi təşkil olunub.
Restoran sahibi Abdul Hüseynov müvafiq maddələrə uyğun olaraq 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Daha öncə, iyulun 29-da Xaçmaz rayonunda “Xoşbəxt məkan” şadlıq sarayında toyların keçirilmə qaydalarının pozulması qeydə alınmışdır.