Qubada sakinlər gecə saatlarında apteklərin işləmədiyinə görə narazılıq bildiriblər. Bu barədə 31 iyul tarixində Real TV məlumat verib.

Yerli əhalinin sözlərinə görə, rayonda saat 22:00-dan sonra 1-2 aptek açıq olur. Gecə vaxtı isə heç biri işləmir. Qonaq və ətraf qəsəbələrdən gələnlər dərman tapa bilmir. Növbətçi aptek açılmasını istəyirlər.

Əczaçı Ayaz Muradov bildirib ki, aptek saat 8:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Tələbat olmadığına görə apteki səhərə qədər açıq saxlamaq sərf etmir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələ ilə bağlı bildirib ki, hər bir aptek iş saatını özü təyin etmək hüququna malikdir. Lakin girişdə iş qrafikini bildirən məlumat lövhəsi olmalıdır. Əks təqdirdə, müəssisə inzibati qaydada 200 manat cərimə edilə bilər.