Qubanın Qam-qam kəndində “Şəhidlər” bulağı xatirə-kompleksinin açılışı olub. Bu barədə 31 iyul, Report məlumat verib.

Tədbirdə rayon icra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimayyət nümayəndələri iştirak ediblər.

Vətən müharibəsində kəndin iki sakini – baş gizir Mehrab Niftəliyev və əsgər Elməddin Abdullayev şəhid olub.

Quba rayonundan 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Onlardan ikisi şəhid olub, digər iki nəfər isə hərbi xidmətlərini davam etdirir.