Xaçmazda qadın qətlə yetirilib. Bu barədə bu gün 30 iyul tarixində məlum olub.

Bıçaqlanma səhər saatlarında baş verib. Şəhərin dəmir yolu vağzalının yanında 34-yaşlı Könül Bayramova öldürülüb.

Hadisəni Bayramovanın həyat yoldaşı, 46-yaşlı Mübariz Mirzəbəyovun törətdiyi məlum olub.

Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mirzəbəyov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

 

Daha öncə, Şabran şəhər sakini, 31 yaşlı Aysel Babayeva keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanmışdır.