Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində fəaliyyət göstərən “Xoşbəxt məkan” şadlıq sarayında toyların keçirilmə qaydaları pozulub. Bu barədə Report.az məlumat verib.
Keçirilən baxış zamanı personalın tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi və bir masada 8 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.
Şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Daha öncə, iyulun 28-də Qusar rayonunda yoxlamalar zamanı bəzi şadlıq evlərində və həyətlərdə keçirilən toylarda karantin rejimi qaydalarının pozulması halı qeydə alınıb.