Qubada oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 30 iyul tarixində məlumat yayılıb.

Timiryazev qəsəbəsindəki evlərin birindən 460 manat oğurlanıb. Araşdırma zamanı, hadisəni Şabran rayonunun Gəndab kənd sakini Kamran Nurəliyevin törətdiyi məlum olub.

Quba rayon polis şöbəsində Nurəliyevin digər cinayətlərlə əlaqəsi yoxlanılır.