Xudat şəhərinin mərkəzində yerləşən Nizami Gəncəvi adına park baxımsızlıqdan dağınıq vəziyyətə düşüb. Bu barədə ShimalNews-un Xaçmaz rayonundakı müxbiri məlumat verib.
“Parkda olan Nizami Gəncəvinin heykəli bərbad vəziyyətdədir, oturacaqlar sınıqdır və zibil tullantıları yığılmır. Şəhər bələdiyyəsinə olunan müraciətlər qəbul olunmur”, – sakinlərdən biri bildirib. O, əlavə edib ki, ərazi suvarılmadığına görə, ot və ağaclar quruyur. Bələdiyyə işçiləri quru otları yandırırlar, ağacları isə kəsirlər.
Sovet dövründən salınan Nizami Gəncəvi adına parkın yenidənqurma və abadlıq işləri təxminən 15 il əvvəl baş tutmuşdur.