Xaçmazda avtomobil qəzası baş verib, ölən var. Bu barədə 29 iyul tarixində məlum olub.
Çarxı kəndi ərazisində “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “Hyundai” dərəyə aşıb, “VAZ-2107” isə maneəyə çırpılıb.
Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 17-yaşlı Hidayət Pirverdiyev xəsarət alıb. Rayonun Mərkəzi Xəstəxanasına gətirildikdə dünyasını dəyişib.
“VAZ” markalı avtomobildə sərnişinlər, Pirverdiyev və gəlinin qohumları olub. Onlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedirdilər.
İyulun 27-si Xudatın 2-ci şöbə deyilən ərazisində qəza nəticəsində yaşlı kişi və uşaq yaralanıb. Hadisə zamanı “Mercedes” markalı avtomobil at arabasını vurub.