Hadisə Çarxı kəndi ərazisində baş verib
Şabran-Xaçmaz yolunda avtomobil qəzası baş verib. Bu barədə 29 iyul tarixində məlum olub.
Çarxı kəndin ərazisindən keçən yolda iki avtomobil toqquşub. Nəticədə 31-yaşlı Səccarə Balabəyova xəsarət alıb.
Balabəyova Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.
Oxşar hadisə iyulun 27-də Xaçmaz rayonunda baş vermişdir. 39 yaşlı motosiklet sürücüsü Əmrah Məmmədov idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılmışdır. Sürücü müxtəlif bədən xəsarətləriylə rayon mərkəzi xəstəxanasına çatdırılmışdır.