Xaçmazda mağazada yanğın baş verib. Bu barədə 28 iyul gecə saatlarında FHN-in rəsmi saytında məlumat yayılıb.
70 kv.m sahəsi olan mağazanın dam örtüyü, içəridə olan 6 ədəd soyuducu və ərzaq məhsulları yanıb. Yanğın söndürülüb, xəsarət alan yoxdur. Ətrafdakı tikililər zərər görməyib.
Oxşar yanğın hadisəsi iyulun 17-si Xaçmaz rayonunda baş vermişdir. Çay evinin 60 kv.m. sahəsi yanmışdır.