Qusarda “Tac Mahal”: Hil kənd məscidi

28 İyul 2021, 12:01

Foto Shimal.news

Bu ikimərtəbəli məscidi xarici görünüşünə görə Hindistanın Aqra şəhərindəki məşhur Tac Mahala bənzədirlər. 

Hil kənd məscidi 1908-1912-ci illərdə Qusar rayonunun mərkəzindən 17 kilometr məsafədə yerləşən Hil kəndində inşa olunub. Bu ikimərtəbəli məscidi xarici görünüşünə görə Hindistanın Aqra şəhərindəki məşhur Tac Mahala bənzədirlər. 

Sovet dövründə məscid taxıl anbarı və klub kimi istifadə olunurdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə, məscid kimi fəaliyyətini bərpa etmişdir. 

Məscidin çöl divarlarında ərəb dilində yazılmış bir neçə lövhə var. Onların birində yazılır:

Bağışlayan və mehriban Allahın adı ilə.

Hər kəsdən əvvəl Allaha həmd olsun. Hər çətinliyin həlli üçün Allaha həmd olsun. Hər halımzda Allaha həmd olsun.

Gizli olduğu üçün saxlanıb, uzun müddət toxunmayın, yaşamaq üçün həmd olsun …….

Məscidin divarları çiy kərpicdən hörülüb. Damı dəmir təbəqə ilə örtülüb. Günbəzdən başqa, məscidin künclərində dörd dəmir təbəqədən minarə qoyulub. Onların hər birinin hündürlüyü təqribən 4 metrdir. Məscidin zalında eyni zamanda 300 nəfər ibadət edə bilər. İkinci mərtəbə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. 

2013-cü ildə məscid yararsız hala düşdüyündən, fəaliyyətini müvəqqəti dayandırmışdı. Yerli sakinlərin sözlərinə görə 2013-cü ilə qədər məscid sonuncu dəfə keçən əsrin 70-ci illərində əsaslı təmir olunmuşdur. 2019-cu ildə əslən bu kənddən olan Ukraynalı biznesmenin maddi dəstəyi ilə, Hil kənd məscidi yenidən bərpa edilmişdir. Kənd məscidi təmirdən sonrada əvvəlki görüşünü qoruyub saxlayıb.

Mənbələr:

  1. Azerbaycan Respublikasi Məscidlərinin Ensiklopediyasi.
  2. Sədaqət Kərimova. Qusar qusarlılar (ensiklopedik toplu).
  3. http://istipress.com/heyat-terzi/03-08-2019/qusarin-tac-mahali-acildi-fotolar
  4. https://azertag.az/xeber/Qusarin_Hil_kendinde_olke_ehemiyyetli_memarliq_abidesi_sayilan_mescid_temir_olunur-1283175
  5. https://www.youtube.com/watch?v=HHvh-HIqEQg
  6. https://www.youtube.com/watch?v=MbmSE9y_5-A&t=13s

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.