Qusar rayonunun polis əməkdaşları tərəfindən toy şənliklərində yoxlamalar keçirilib. Bu barədə bu gün, 28 iyul Report.az məlumat verib.

Bəzi şadlıq evlərində və həyətlərdə keçirilən toylarda karantin rejimi qaydalarının pozulması halı qeydə alınıb. İnsanların COVİD-19 pasportu olmadan kütləvi şəkildə mərasimlərdə iştirak etdikləri aşkarlanıb.

Polis əməkdaşları qaydaları pozan obyekt sahiblərinə və məclislərdə iştirak edənlərə qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edib.

Iyunun 27-si Qusar rayonunda əhalinin karantin qaydalarına əməl etməsi üçün qabaqlayıcı tədbirlər keçirilib. Daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarına riayət etməyənlər cərimələnib.