Xudat şəhərinin mərkəzi küçələrində bərpa işlər davam edir. Bu baradə bu gün, 27 iyul Shimal.News-un Xudatakı müxbiri məlumat verib.

Hal-hazırda M.F.Axundov küçəsində dirəklər dəyişilir, yol sahəsi genişləndirilir, həmçinin asfalt ötüyü və piyada səkiləri yenilənir. Sözügedən küçədə yerləşən mağazaların fasadları da yenilənir. Müxbirin sözlərinə görə, küçə boyunca yerləşən bütün pərakəndə satış nöqtələri eyni fasad dizaynına sahib olacaq.

Şəhər sakinlərinin sözlərinə görə Xudatın abadlıq işləri iyul ayının əvvəlində başlayıb. Mərkəzi küçələrin təmiri başa çatdıqdan sonra qonşu küçələrin təmirinə başlamağı planlaşdırılır.

Foto Shimal.News
Foto Shimal.News
Foto Shimal.News
Foto Shimal.News