Xaçmaz: 37 yaşlı sürücü yol qəzası nəticəsində xəsarət alıb

27 İyul 2021, 12:06

Sürücü xəstəxanaya yerləşdirilib

37 yaşlı Ruslan Qubatov Xaçmaz rayonunun Qələbə küçəsində 26 iyul, gecə saatlarında motosikletlə qəza törədib. 

O, nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. 

Sürücü müxtəlif bədən xəsarətləriylə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyəti ağırdır.

Oxşar yol qəzası Neftçala rayonunda 1 nəfərin xəsarət almasıyla nəticələnib. 39 yaşlı motosiklet sürücüsü Əmrah Məmmədov idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.