Qusarın Samur qəsəbəsinin sakinləri etiraz ediblər. Bu barədə bu gün, 27 iyul Shimal.News-un müxbiri hadisə yerindən məlumat verib.

10-15 nəfər qəsəbə sakini stadionda etirazlarını bildiriblər. Onlar, stadionun, iki dükanın və bir aptekin sökülməsinə və həmin ərazidə yeni yolun salınmasına görə narazılığlarını bildiriblər.

Obyekt sahibləri deyirlər ki, bu dükanlar onların yeganə qazanc yeridir. Hadisə yerinə gələn bələdiyyə nümayəndəsi sakinlərə dəstək olaraq yolun salınması ilə məşğul olan şirkətin əməkdaşından açıqlama istəyib.

Tikinti şirkəninin nümayəndəsi bildirib ki, icazə alınmadan tikinti keçirilmiyəcək.