Nabranda “Xəzər” istirahət mərkəzinin yaxınlığında dəniz kənarında ölü suiti tapılıb. Bu barədə ShimalNews-a ərtafdakı insanlar xəbər veriblər.
Şahidlər artıq ölmüş suitini sudan çıxartmaq üçün FHN-in əməkdaşlarına məlumat veriblər. Hadisə yerinə gələn işçilər “bu bizim işimizə daxil deyil”, deyə geri qayıdıblar.
İstirahətə gəlmiş insanlar özləri ölü suitini basdırıblar.