Xaçmazda pomidor əkini ilə məşğul olan təsərrüfatçılar məhsulun qiymətinin aşağı olmasına görə narazıçılıq bildirirlər.

Fermlərin sözlərinə görə, ötən ildən fərqli olaraq bu il sahələrdə məhsul boldur. Lakin pomidorun keçən il bir kq 60-70 qəpiyə satılırdısa, bu il heç 30-40 qəpiyə alan yoxdur. Onlar əlavə ediblər ki, qiymətlərin aşağı olması nə maya dəyərini, nə də əlavə xərclərini ödəmir, alıcılıq qabiliyyəti aşağı düşür və məhsul sahələrdə qalır.

Daha bir narazıçılıq suvarma ilə yaranan problemlə bağlıdır. Bu məhsuldarlığa mənfi təsir göstərir.

Ötən il Xaçmazda 4 200 hektar yaxın tərəvəz məhsulu yetişdirilib. Bunun təxminən 2 050 hektar pomidor təşkil edib. Ümumilikdə isə rayonda 60 min tona yaxın pomidor məhsulu istehsal edilib.