Nabran və Muxtadır qəsəbələrinin sahil kənarında balıqların kütləvi tələfi baş verir. Bu barədə 25 iyul tarixində Sputnik Azərbaycan məlumat yayıb.

İyul ayı ərzində bu hal 2-ci dəfə müşahidə olunur. Bəzi balıqlar sağ olsa da onları xilas etmək mümkün olmur. Suya geri qaytarıldıqda onlar üzə bilmirdi. Bunu hadisə şahidi Kamilla Təhməzova bildirib.

Daha öncə sosial şəbəkələrdə balıqların tələf olmasının digər videosu paylaşılıb. Hadisə Hövsan qəsəbəsində, Qum adası deyilən yerdə lentə alınıb.
Mütəxəsislərin fikirincə ekoloji fəlakətin səbəbi dəniz suyunun temperaturunun artması olub. Bu oksigen  çatışmazlığı yaradıb. Bənzər hadisələr Xəzərin başqa hissələrində də qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən monitorinqlər keçirilir. Əldə edilən məlumata görə ölən balıqların 90 faizi kefal, qalanları isə kütüm, siyənək, kilkə kimi balıq növləridir.