25 iyul “Səyyar Gənclər Xidməti” layihəsinə Qubanın Üçgün kəndində start verilib. Layihə “İmkanlar Sənə Doğru!” devizi altında baş tutur.

Kəndlərdə yaşayan gənclər üçün məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrin əlçatan olması layihənin əsas məqsədlərdən biridir. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclərə təqdimatlar keçirilir, gənclərin proqramlara yerindəcə cəlb olunması təmin edilir.

Ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtların səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsi lahiyənin əsas məqdəslərindən biridir. 

“Səyyar Gənclər Xidməti” qarşıdakı 4 ay ərzində respublikanın 39 rayonunun 100-ə yaxın kəndində keçiriləcək.

Layihədə əyləncə proqramları və idman yarışları təşkil edilir, tanınmış insanlarla, o cümlədən uğurlu iş adamları ilə görüşlər keçirilir.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.