Xaçmaz rayonun Həsənqala kənd sakini 27 yaşlı Orxan Məmmədov göldə batıb. Bu barədə bugün, 24 iyul məlum olub.

Məmmədov kənd ərazisində yerləşən göldə batıb. Məhrum ailəli idi.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.