Şahdağ: Ləzgilərin “Tanrılar dağı”

23 İyul 2021, 16:09

Foto Shimal.News

Ucalığına, əlçatmazlığına, mənzərə­lərinin gözəlliyinə görə bir
zamanlar ona “dağların şahı” mənasını verən “Şahdağ” adı verilib.

Qədimdən ləzgilər Şahdağın müqəddəsliyinə inanıb onu “Tanrılar dağı” adlandırırdılar.
Onların təsəvvürlərinə görə Tanrılar Şahdağın başında yığışır, vacib məsələləri orada
həll edirdilər. Xalq arasında belə bir inanc var idi ki, 7 dəfə Şahdağın zirvəsinə qalxmaq
bir dəfə Məkkəyə getməyə bərabər­dir.

Şahdağ Böyük Qafqaz silsiləsinin Qusar rayonu hissəsində yerləşən dağ zirvəsidir.
Onun hündürlüyü 4243 m-dir. Bəzi tədqiqatçılar Şahdağ adını Səfəvi hokümdarı Şah
Abbas ilə bağlayırlar. Mənbələrə görə Şah Abbas 1620-ci ildə Cənubi Dağıstana hərbi
yürüşü zamanı Böyük Qafqazın Yan silsilənin ən uca dağını Şah dağı adlandırmışdır.
Başqa versiyaya görə, ucalığına, əlçatmazlığına, mənzərə­lərinin gözəlliyinə görə bir
zamanlar ona “dağların şahı” mənasını verən “Şahdağ” adı verilib.

Şahdağ, yürüyüşçülərin və alpinistlərin sevimli məkanıdır. Zirvəni 1892-ci ildə ilk fəth
edən, rus alpinisti Andrey Pastuxov olub. Bura yalnız qışda qalxmaq mümkündür, çünki
bu zaman temperatur 20 dərəcədən aşağı düşür və dağın yamaclarından axan yüz
metrlik şəlalələr donur. Nəhəng buz blokların üstü ilə qalxmaq dağın fəthini mümkün
edir. Şahdağa dırmaşma marşrutdan asılı olaraq 2-4 gün çəkir.

“Budur, Azərbaycanın ən yüksək zirvələrindən biri – Şahdağ – 4243 m yüksəklikdəki şah
dağı. Ətrafında, Yan silsiləsinin yaylasına və dərin dərələr boyunca dağlara enən
buludlar var. 2800-3000 m yüksəklikdə buludların dilləri dumana çevrilir, göyə yüksəlir
və havada əriyib yox olur. Gün ərzində intensiv qar və qismən buz əriməsindən əmələ
gələn müvəqqəti şəlalələr havada sallanır.” – azərbaycanlı alim, ictimai-siyasi xadim B.
Budaqov söyləyirdi.

2012-ci ildən Şahdağda Azərbaycanın ilk və ən böyük dağ-xizək kurortu fəaliyyət
göstərir.

Mənbələr:
1. Белеев Е. И., Митин Р.З. Земля и Люди. 1972 Стр 177
2. Kərimova S. Qusar, Qusarlılar. Bakı 2011 s 82
3. Легенды природы. Азербайджан URL: http://tjs-caucasus.org/wp-
content/uploads/2015/10/Azerbaijan-RUS-06-2015-WEB.pdf
4. https://www.shahdag.az/az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.