Yay aylarında yerli sakinlərin və turistlərin üz tutduqları Nabran çimərliyində hər il eyni vəziyyət yaşanır. Belə ki, dənizin sahilində zibil qutuların olmadığına görə, istirahət edənlər zibili elə uzandığı yerə atırlar.

İstisu qəsəbənin sakinlərinin verdiyi məlumata görə, sahilin səthi paketlər, plastik stəkanlar və digər zibillərlə doludur.

Nabranda fəaliyyət göstərən kafe və restoranların kirayəçiləri isə çimərlik ərazilərindəki zibilləri çıxarmaq əvəzinə topa-topa yığır və kommunal xidmətlər tərəfindən çıxarılmasını gözləyirlər. Zibillər günlərlə orada çürüyək qalır.

“Əvvəllər zibili tez-tez götürürdülər, indi bütün sahil zibilliyə çevrilib” – sakinlərdən biri deyib.

Nabranın digər istirahət zonalarında demək olar ki vəziyyət eynidir.

Foto Shimal.News
Foto Shimal.News