Shimal.News-a 21 iyul daxil olan məlumata əsasən, Qubanın Qəcər-Zeyid, Bağbanlı, Zərdabi, Amsar Palasa, Iqriq, Zizik, Alekseyevka, Barlı kəndlərinin sakinləri bağların suvarması problemi ilə üzləşiblər.
Sakinlərin dediyinə görə, su ilk olaraq karyerlərə və özəl şirkətlərin bağlarına verilir. “Su düzgün bölünmür, ona görə də çatmır. Rüşvəti bilmirəm kim alır, ama su çox qıtdı”, – kənd sakini bildirib. Kəndlərdə 3000 hektara yaxın bağ və tərəvəz sahələri quruyaraq məhv olur.
Qubada kanallara su Qudyalçaydan gəlir və sahələrə şlyuz vasitəsi ilə paylanır. Kanallarda beton örtüyün olmadığından, suyun bir hissəsini torpaq özünə çəkir. Bu səbəbdən bir neçə kəndə su tam olaraq çatmır.
Hər il yay aylarında sahələri suvarmaq sakinlər üçün problemə çevrilib. Ərazələ bir neçə dəfə icra hakimiyyəti əməkdaşlarının gəlməsinə baxmayaraq, problem həll olunmur.