Xaçmaz rayonu Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi (və ya Şeyx
Məhəmməd Yaraqlı məscidi) 1993-1995-ci illərdə inşa edilib. Məscidin tikintisi Küveytin İslam
İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə başa çatdırılıb.
Tavanı və döşəməsi sıradan çıxıb, divararlarında isə
çatlar əmələ gəlib. Bu səbəbdən məscidin qapıları 2001-ci ildən bəri bura ibadətə gələn
insanlara bağlıdır.
Məscid mişar daşı, minarəsi isə bişmiş kərpicdən tikilib. Minarənin qübbəsi ağ dəmir təbəqə ilə
işlənib. Mehrabının hündürlüyü isə 2 metr təşkil edir. Məscidin qarşı tərəfində sahəsi 16 kv.m
olan eyvan yerləşib. Əvvəllər məscidin taxtadan düzələn, 6 pəncərəsi, 2 qapısı və dördpilləli
minbəri olub. Məscidin tavanı beton, döşəməsi isə taxtadandır.
2012-ci ildə Xudat bələdiyyəsinin sədri Elman Allahyarov açıqlamasında Xudat şəhər Cümə
Məscidinin məscid kimi qeydiyyatda olmadığını bildirib. “Əgər məscid qeydiyyata alınarsa və ya
bizə müəyyən o məscidlə bağlı hansısa kömək, yardım məsələsi ilə bağlı müraciyət olunarsa o
məsələlərlə məşqul olacayığ” – Elman Allahyarov “Internews Azərbayacan”-a müsahibədə
deyib.
Mənbələr:
1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası.
2. https://www.youtube.com/watch?v=jTi1XEUoj-U
3. https://www.youtube.com/watch?v=PD5ZJBh89cE

