Qubanın Dəvədabanı yaşayış massivində açılmış məntəqədə qurbanlıq heyvanların kəsimi və satışı təklif olunur. Qurban bayramının ilk günündə 500 baş həm yerli təsərrüfatlarda saxlanılan, həmdə də Beyləqan və Ağcabədi rayonlarından xırdabuynuz heyvan gətirilib.

Qoyun ətinin bir kiloqramı ortalama 13 manatdır. Diri halda satılan qoyunlar isə kiloqramı 6,5 manatdan hesablanır.

Quba ilə yanaşı Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında da heyvan kəsimi və satış məntəqələri yaradılıb. Saat 08:00-dan 20:00-dək müraciət etmək mümkündür.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq qoyunların keçən ildə olduğu kimi, bu il də onlayn satış yarmarkasını təşkil etdi. Saytda qeydiyyat artıq dayandırılıb. Öncədən sifariş edənlər məntəqəyə növbəsiz yaxınlaşa bilər.

Bu məntəqələrin yaradılmasında səbəb, vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasıdır.