Bu gün, 19 iyul tarixində Xaçmazda yolu keçmək istəyən 21 yaşlı Valeh Ağayevi avtomobil vurub.
Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Döş qəfəsinin sınığı diaqnozu və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
18 iyul Xaçmazda daha bir qəza baş verib.
Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyən 12 yaşlı Elşad İsakovu minik avtomobili vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. Ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Respublika ərazisində 6 ay ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu qəzalarda 290 nəfər həlak olmuş, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.