Onun vəzifəsini müvəqqəti olaraq Hidayət Babayev icra edəcək
Qusar rayon polisi bölməsinin rəisi polkovnik Ziya Əliyev tutduğu vəzifədən azad edilib. Bu barədə bu gün, 19 iyul tarixində məlum olub.
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvzovun əmriylə onun yerinə müvəqqəti olaraq polkovnik-leytenant Hidayət Babayev təyin olunub. Nazirin daha bir göstərişi ilə, Ziya Əliyev Bakı şəhər Nizami rayon polis idarəsinin rəisi vəzifəsini icra edəcək.
5 dekabr, 2017-ci ildə polkovnik-leytenant Hidayət Babayev Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.