Bu gün, iyulun 19, Qubada keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbli Rauf Abbasov və bir neçə nəfər patı, heroin və tiryək satarkən yaxalanıblar.
Abbasov polisə bıçaqla müqavimət göstərib və hadisə yerindən qaçıb. Hal-hazırda onun saxlanılması üçün əməliyyat aparılır.
Rauf Abbasovun Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlu olduğu iddia edilirdi.
Bu barədə, Azərbaycan Respublikası Baş Prokurorluğu rəsmi telegram kanalında məlumat paylaşaraq bilidib ki, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməmişdir.
Daha öncə, 16 iyul Xaçmazın Niyazoba kənd sakinində narkotik vasitə tapılıb. Kənd sakini əvvəllər məhkum olunmuş Ərzimanova məxsus həyətyanı sahədə yetişdirilmiş 74 ədəd çətənə kolu, 8 kiloqramdan artıq marixuana, evindən isə 2 ədəd qurudulmuş çətənə kolu aşkar edilərək götürülmüşdür.