Qubada ev və yük avtomobili yanıb. Yanğınlar Güləzi kəndində və Zərdabi qəsəbəsində baş verib. Bu barədə 19 iyul tarixində məlum olub.
Güləzi kənd sakini Aydın Eyyubova məxsus ümumi sahəsi 230 kvadratmetrli mal tövləsinə bitişik evdə yanğın baş verib. Nəticədə 200 kvadratmetr sahə və tövlənin damında olan 16 ton ot bağlaması yanıb. Yanğın ətraf sahəyə də keçərək 20 tona yaxın ot bağlamalarını tələf edib.
Digər hadisə, Zərdabi qəsəbəsində olub. Etibar Ağayevə məxsus “DAF” markalı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb. Sürücü tüstülənmənin yanğına çevriliməsinin qarşısını alıb. Nəqliyyat vasitəsinə ziyan dəyib.
Hər iki hadisə zamanı xəsarət alan olmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Azərbaycanda 2021-ci ilin I rübündə çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınların sayı 376, nəqliyyat vasitələrində isə 84 olub.