16 iyul saat 20:00 radələrində Xaçmaz rayonunun Seyidli kəndi yaxınlığındaki əkin sahəsində yanğın baş verib. Bu barədə FHN saytında paylaşılıb.

Kənd bələdiyyəsinə məxsus 30 hektar biçilmiş taxıl sahəsi, 2 ton ot bağlaması və meşə zolağında 0,5 hektar sahədə kol-kos yanıb. Meşə ərazisi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

Oxşar hadisə 10 iyul tarixində Xudat-Yalama magistral yolunda Yalama kəndi yaxınlığında baş vermişdir. Ərazinin böyük hissəsi tamamilə yanmışdır.