Qubanın əhalisi bağlarının suvarması problemi ilə üzləşib. Bu barədə Shimal.News-a məlumat iyulun 17-sı daxil olub.

Hər gün “Sement” su kanalı ətrafında növbə müşahidə olunur. Burdan sahələrə su  şlyuz vasitəsi ilə paylanır və o torpaq kanalına tökülərək itki verir. Bağbanlı, Zizik, Alekseyevka, Barlı və ətraf qəsəbələrin meyvə bağlarına su çatmır.

Bağlarda əsasən alma, armud və gavalı yetişdirilir. Sakinlərin dediyinə görə bu onların yeganə qazanc mənbələridi.

Daha öncə iyunun 23-ü Xaçmazın Bəbəli kənd sakinləri şikayət ediblər. Bildirilib ki, hər il yay aylarında sahələri suvarmaq problemə çevrilir. Bağ və tərəvəz sahələri quruyaraq məhv olur. Əraziyə icra hakimiyyəti əməkdaşları gəldikdə məsələnin qısa zamanda həll ediləcəyini dedilər.