Xalq tərəfinfən sevilən hökmdar: Fətəli Xan Qubalı

16 İyul 2021, 14:18

Foto Shimal.news

Fətəli Xan Qafqaz tarixində düşüncəli, səxavətli və təşəbbüskar şəxsiyyət kimi
yüksəlib

XVII- XIX əsrlərdə Azərbaycanın şimal-şərq torpaqlarında Quba xanlığı mövcud idi. 1758-ci
ildə Quba xanlığında 22 yaşlı Fətəli Xan hakimiyyətə gəlir. Hakimiyyəti dövründə Fətəli
Xan Azərbaycan ərazisinin bütün şərq hissəsini: Bakı, Dərbənd, Şəki, Şirvan, habelə
Qarabağ Xanlığının bir hissəsini, Talış, Ərdəbil və Gilan daxil olmaqla özünə tabe edib.

1759-cu ildə Dərbənd xalqı öz xanını qovaraq, Fətəli Xanı özlərinə hökmdar kimi dəvət
edib. 1770-ci ildə alam sayahətçisi və Rusiya İmperator Elmlər Akademiyasının
akademiki Samuil Qotlib Qmelin Qafqazda səyahətdə olarkən Fətəli Xanı ziyarət edib.
O yazırdı: “Təxminən otuz yaşındadır. Dərbənd sakinləri onu sevirlər. Şərtləri nəzərə
alaraq vergilər tətbiq edir. Ordusu təxminən qırx min nəfər təşkil edir və əsasən
farslardan və qonşu tatarlardan ibarətdir. Xüsusilə ləzgilər ona xidmət etməyə gəlirlər”.

Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov 1841 ildə “Gülüstani-İrəm” kitabında
yazırdı: “Fətəli Xan Qafqaz tarixində düşüncəli, səxavətli və təşəbbüskar şəxsiyyət kimi
yüksəlib. Ətrafındakı hər kəsi özünə bağlamaq, düşmənlərinin zəiflətmək və özünü ən
çətin vəziyyətdən çıxarmaq üçün xüsusi bir istedadı var idi”.

Fətəli Xan 22 mart 1789-cu ildə Bakıda ölüb və Bibiheybət məscidinin yaxınlığında dəfn
olunub. Məzarından götürülmüş mərmər qəbirüstü hazırda Azərbaycan Tarixi
Muzeyində saxlanılır.

Mənbələr:
1. Жизнь Фатали Хана Кубинского. Издательство академии наук азербайджанской
ССР. Баку — 1959.
2. Северные ханства Азербайджана и Россия (конец XVIII —начало XIX в.) Баку —
«Элм» — 1989.
3. Azərbaycan tarixindən yüz şəxsiyyət. “Ayna Mətbuat evi”. Bakı – 2006.
4. Валуев П. Н. Фатали-Хан Кубинский — Баку: изд-во АЗФАН
5. В. Н. Левиатов – Очерки из истории Азербайджана в XVIII веке издательство ан
азербайджанской сср баку—1948
6. Аббас-кули-ага Бакиханов Гюлистани Ирам. Издательство «Элм» Баку — 1991

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.