Şimal: Təhsil nazirliyi sakinləri videobağlantı ilə qəbul edəcək

16 İyul 2021, 15:10

Açıq mənbələrdən foto

Qəbul Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayoların sakinləri üçün olacaq

Təhsil naziri Emin Əmrullayev 23 iyul 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbula rayonlarda ki məcburi köçkünlərdə qoşula bilər. Bu haqda məlumat naziriliyinin rəsmi saytında 15 iyul tarixində paylaşılıb.

Qeyd olunan rayonların sakinləri videobağlantıya qoşulmaq üçün 12-17 iyul tarixlərində (yalnız iş günləri) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edə bilərlər. Həmçinin https://edu.gov.az/contact_us vasitəsi ilə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.