Səkinə xanım məscidi: Bakıxanovun xatirəsi

16 İyul 2021, 9:25

Foto Shimal.news

Səkinəxanım məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini
bədiləşdirmək üçün həyat yoldaşı Səkinəxanım tərəfindən inşa etdirilib.

Səkinəxanım məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini
bədiləşdirmək üçün həyat yoldaşı Səkinəxanım tərəfindən inşa etdirilib. Hal
hazırda Quba şəhərinin Heydər Əliyev prospektində yerləşir. Tikintiyə
1840-cı illərin əvvəlində başlanılıb və 1854-cu ildə məscidin inşası başa
çatıb.

Məscidin çöl tərəfdən qapısının üstündə ərəb əlifbası ilə yazılmış lövhə var.
Məscid bir otaqdan ibarətdir və binası bişmiş kərpicdən inşa olunub. Bina
dördbucaqlı şəkildə tikilib və onun doqquz pəncərəsi və iki qapısı var.
Məscidin içəri tərəfdən hündürlüyü 20 m, ümumi hündürlüyü isə 27 m-dir.

Sovetlər dövründə dinə qarşı sərt siyasət aparıldığı üçün, 1930-cu illərdə
məscidin fəaliyyəti dayandırılmışdı və mədrəsə daxil ətrafında olan tikililər
sökülmüşdü. Sonra isə məscidin binasından ambar və tikiş fabriki kimi
istifadə olunub.1991-ci ildən məscid kimi fəaliyyətini bərpa edib və bir il
sonra burada təmir işləri aparılıb. Məscidinin nəzdində olan mədrəsə 1994-
cü ildən fəaliyyət göstərir.

Abbasqulu ağa Bakıxanov Azərbaycanda tarixşünaslıq elminin əsasını
qoyan ilk insandır. O həmçinin yazıçı, şair və tərcüməçi kimi fəaliyyət
göstərib.

Mənbələr:
1. Azerbaycan Respublikasının məscidlerinin ensiklopediyası
2. Fariz Xəlilli. Tarixi yerlər və abidələr 1-ci Beynalxalq Quba
simpoziumu.
3. https://www.advantour.com/rus/azerbaijan/quba/sakina-khanum.htm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.