16 iyul saat 17:00 radələrində Qusarın Gündüzqala kəndində əhali etiraz edib.
Kəndin mərkəzində yığışan sakinlər İcra Hakimiyyəti və su idarəsinin fəaliyyətindən narazıçılığını bildiriblər, lakin məsələnin həlli tapılmayıb.
Kəndlilərin sözlərinə görə, su tələbatlarını ödəmək üçün 21 km uzaqlıqda yerləşən Qusarın Yasab kəndinə gedməli olurlar. Heyvanlara su vermək üçün su pulnan alınır. Əkin sahələri quruyur.
“Kənddə 6 aydır arxa su gəlmir. Su idarəsinin nümayəndəsi bizi sakitləşdirməyə çalışırdı. Bizim kənddə betondan tikilmiş arx var, amma Yasab kəndinə görə bizə su gəlmir, artıq 28 gündür içməli su yoxdur”, – deyə sakinlərdən biri qeyd edib.
Məsələni aydınlaşdırmaq üçün sakinlərlə görüşə kəndin bələdiyyə nümayəndəsi gəlmişdi.
“Kənddə su probleminə görə tez-tez münaqişələr baş verir. Suya görə 5 uşaq atası qətlə yetirilib”, – kəndin digər sakini bildirib.
Bundan başqa, bugün Qusarın Ləgər kəndində də su qıtlığına görə etirazlar baş verib.