Qusar: Əcəxuroba kəndində su çəni sıradan çıxıb

16 İyul 2021, 10:56

Foto Shimal.news

İyulun 15 günorta radələrində Qusarın Əcəxuroba kəndində 25 tonluq su çəni sınaraq aşıb. Xəsarət alan olmayıb. Bu barədə ShimalNews müxbirləri məlumat verib.

İyulun 15 günorta radələrində Qusarın Əcəxuroba kəndində 25 tonluq su çəni sınaraq aşıb. Xəsarət alan olmayıb. Bu barədə ShimalNews müxbirləri məlumat verib.

“Yayın bu istisində camaat susuz qalıb. Çənin istifadə müddəti çoxdan bitib”, – obanın sakinləri şikayət edirdilər.

Qeyd edək ki, qəza nəticəsində kənddə işıqlar sönmüşdür. Bir müddət sonra bərpa olundu.

Müxbirimizin verdiyi məlumata görə hadisə yerinə gələn bələdiyyə nümayəndəsi, problemin araşdırılacağını və ən tez müddətdə həll olunacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.