Quba-Bakı yolunda yük avtomobilin sürücüsü qəza törədib, nəqlliyat vasitəsi yararsız vəziyyətə düşüb. Bu barədə iyulun 16-sı Shimal.News-a məlumat daxil olub.

Hadisə Qaraçay kəndi ərazsində saat 11 radələrində baş verib. Ağsu sakini Hüseynov Telman avtomobilin idarə etməsini itirərək yol kənarındakı ağaca çırpılıb. DYP əməkdaşları hadisə yerindədir. Xəsarət alan yoxdur.

Iki gün öncə Qubanın Heydər Əliyev prospektində yol qəzası baş vermişdir. VAZ 21099 markalı avtomobili Ford mikroavtobusu ilə toqquşmuşdur. Xəsarət alan yox idi.

Foto Shimal.news
Foto Shimal.news