Qubanın İsnovqışlar kəndinin sakinləri içməli su problemi yaşayırlar. Bu barədə, bu gün 16 iyul məlum olub.

Kənd sakininləri bildirirlər ki, artezian quyusu quruyub. Aidiyyatı qurumlara dəfələrlə müraciətlər edilib, lakin məsələ həllini tapmayıb. Bəzi sakinlər su maşınlarına ödəniş edərək, kəndə içməli su gətizdirirlər. Digərləri isə məcbur olub çirkli arx suyundan istifadə edirlər.

Daha öncə Qubanın Qəcərzeyid kəndinin içməli su xətti sıradan çıxmışdı. Sakinlər bu xətti illər öncə öz hesablarına çəkdirmişdilər. Problemlə bağlı Quba rayon icra hakimiyyətinə müraciət olunmuşdur. Əraziyə gələn nümayəndələr problemin qısa müddət ərzində həll olunacağını bildirmişdilər.

“Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsində 2035-ci ilə qədər 46 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi təminatı nəzərdə tutulub.