Qusarda Səfəvi şahların əcdadının türbəsi: dəvə izləri ilə

15 İyul 2021, 14:01

Foto Shimal.news

Şeyxin dəfni ilə bağlı bir əfsanə

Şeyx Cüneydin türbəsi Qusar rayonunun Həzrə kəndinin girişindən 100 metr məsafədə
yerləşir. Şeyx Cüneyd Səfəvi şeyxlərindən və Ərdəbil hökmdarlarından biri idi. Müasir
Azərbaycan, Ermənistan, İran, İraq və Əfqanıstan ərazilərini əhatə edən keçmiş Səfəvi
dövlətinin qurucusu Şah İsmayılın babasıdır.

Şeyxin dəfni ilə bağlı bir əfsanə var. Ona əsasən, şeyx öldüyündə cəsədini dəvənin
üstünə qoyub və dəvənin sərbəst buraxılmasını vəsiyyət edir və dəvə harda otursa
orada dəfn edilməyini istəyirdi. Davamçıları bunu əməl etdilər. Dəvə Həzrə kəndi
yaxınlığındakı meşəlik ərazidə dayandı. Ancaq şeyxin yaxınları, bu yerin ona layiq
olmadığını hesab etdilər. Ərazidən uzaqlaşaraq dincəlməyə qərar verdilər, ancaq
oyananda dəvəni tapa bilmirdilər. Heyvan Həzrənin yaxınlığında tapıldı və oradan yenə
uzaqlaşdırıldı, lakin bu hadisə bir neçə dəfə təkrarlandı. “Sonra buranın bir növ sirli yer
olduğunu anlayıb, şeyxi Həzrənın yaxınlığında dəfn etmək qərarına gəldilər”, – türbənin
baxıcısı Məhrubə Kərimova Sputnik Azərbaycan saytına açıqlamasında deyib.

Türbənin əsas girişinin sağ tərəfində ərəb dilində bir divar yazısı var:

“…kəramət sahiblərinin sultanı, yetişmiş və bəyənilmişlərin rəhbəri, ariflərin rəisi, düz yolla
gedənlərin yol göstərəni, təriqət məsləkində vahid yol saçmış həqiqət məmləkətlərinin sahibi, öz fəziləti ilə eyni məslək istəyənlərin müridi, kainatın sahibi, öz fəziləti ilə dövlətli olan Sultan Şeyx Cüneyd Səfəvinin-Allah onun qəbrini işıqlandırsın və şəhid olduğu yeri haqq eləsin-qəbri
üzərində doqquz yüz əlli birinci ilin axırlarında tikilməsinə müvəffəq olmuşdur”.

Sovet hakimiyyəti dövründə tarixi abidəni bir neçə dəfə bərpa etmək cəhdləri olub, lakin
heç bir iş görülməyib. 2006-cı ildə türbə yenidən qurulub.

Mənbələr:

● Саламзаде, А. В. (1964). Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР.
● Газета “Вышка” № 44 (19636) от 3 ноября 2006 года
● https://az.sputniknews.ru/culture/20180401/414670234/mavzolej-shejh-dzhunejd-
gusar.html
● AZƏRBAYCAN RESPUBLİKASI MƏSCİDLƏRİNİN ENSİKLOPEDİYASI. İran
İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı,
2001.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.