2 gün öncə Quba şəhər İcra Hakimiyyəti öz rəsmi saytından sakinlərə bildiriş edib. Müraciətdə biçilmiş taxıl zəmilərinin və digər ərazilərin yandırılması əhalinin özünə ziyan olduğu qeyd edilib.

Biçilmiş ərazilərin yandırılması aqrotexniki cəhətdən torpağa ağır ziyan vurur. Həmçinin qeyd olunub ki, yanğın təhlükəsizliyi baxımından da böyük fəsadlara gətirib çıxarır. Yanğından sonra torpaq sahələrinin məhsuldar hissəsi sıradan çıxır.

Saytda əlavə olaraq qeyd olubki, məhsulu yığılmış taxıl sahəsi yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə və ekologiyaya ziyan dəyirsə, buna əhəmiyyətsiz yanğın demək olmaz.

Yanğın təhlükəsi ilə raslaşdığınız zaman aşağıdakı əlaqə nömrələrinə müraciət etməyinizi xahiş edirik: 101; 112