Son sutka ərzində Azərbaycanın şimal rayonlarında qeydə alınan 3 yol-qəzası baş verib. Quba, Qusar və Şabran rayonlarında baş verən qəzalarda 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Bu haqda 14 iyun tarixində Report.az xəbər verir.
13 iyul Quba şəhərində azyaşlını maşın vurub. Hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb. 8 yaşlı Seymur Sədullayev müxtəlif bədən xəsarətləri ilə Qubanın regional xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qusarda 13 iyul tarixində iki avtomobil toqquşub. Qəza nəticəsində 28 yaşlı Osmanov Abuzər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.
14 iyun Şabran rayonunda baş vermiş qəza, gəncin ölümü ilə nəticələnib. 28 yaşlı Tural Şahverdiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə Şabran şəhər sakini Gündüz Ziyadovu vurub. Sürücü yaralını xəstəxanaya çatdırsada, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Azərbaycanın bölgələrində son sutka ərzində ən azı 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 1 nəfər ölüb və 7 nəfər xəsarət alıb.