Qusarda 4 yaşayış məntəqəsini birləşdirən 12,5 km uzunluğunda yolun yenidən qurulması yekunlaşır. Bu barədə, bu gün 12 iyul tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Təmir edilən yolun eni 10 metrə qədər genişləndirilib. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb.

Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.