Qubada Qurban bayramı necə keçəcək: cavablar və suallar

14 İyul 2021, 17:38

Foto Shimal.news

ShimalNews müxbirləri əsas sualların cavablarını təqdim edirlər

Azərbaycanda Qurban bayramı 20-21 iyul tarixlərində qeyd ediləcək. Shimal.News müxbirləri bu gün, Qubada keçiriləcək bayramın təfərrüatlarını öyrəniblər.

  • Heyvan kəsimi və satışı harada olacaq?
  • Quba şəhərində, mərkəzi bazarın arxasında “Qoyun bazarı” adlanan yerdə və “Dəvədabanı” yaşayış massivində.
  • Əti nə vaxt almaq mümkündür?
  • Belə bir vaxt yoxdur. Bayramdan bir gün əvvəl axşam tərəfi və yaxud səhər tezdən almaq məsləhətlidir.
  • Quzu ətinin bir kiloqramı neçəyə başa gəlir?
  • Adi günlərdə quzu ətinin kiloqramı təxminən 11 manatdır. Amma toyların keçirilməsinə icazə verilməsi ilə əlaqədər hal-hazırda 13 manata satılır.
  • Bayramda ətin qiymətləri artacaq?
  • Bəli, hər il qiymət artımı olur. Bir kiloqram ətin qiyməti təxminən 1,5-2 manat qalxır.

Müxbirimizin verdiyi məlumata görə, Nüqədi yolunda bayramla əlaqədar heyvan kəsimi və satışı üçün böyük bir məntəqə tikilir.

Pandemiya ilə əlaqədar olaraq, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara bayramnan bir neçə gün əvvəl qurbanlıq heyvanları sifariş etmələrini, həmçinin əti baytarlıq nəzarətindən keçən məntəqələrdə götürmələrini tövsiyə edir.

Bu il bayramla əlaqədər 18 – 21 iyul qeyri-iş günləri olacaq, ictimai nəqliyyat işləməyəcək.

Qurban Bayramı müqəddəs Ramazan ayının bitməsindən 70 gün sonra dünya müsəlmanları tərəfindən qeyd olunur. Bayram İbrahim peyğəmbərin şərəfinə qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.