Bakı-Quba-Rusiya ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsi üzrə tikinti işləri tamamlanır. Bu haqda Azərbaycan avtomobil yolları dövlət agentliyi (AaYDA) xəbər verir.

Bu yoldan istifadə edən sürücülər bir çox üstünlüklər əldə edəcək. Sürücülər heç bir yaşayış məntəqəsini görmür. Bakıdan yola çıxan avtomobil Rusiyaya kimi rahat və təhlükəsiz, saatda 120 km/saat sürətlə hərəkət edir. Sürücülər bu yoldan istifadə üçün xüsusi kart əldə edərək, balansını artıracaq və yolda hərəkətini davam etdirəcək.

Hazırda tikinti işləri  Şabran rayonunun Qəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir.

Yolun ödəniş haqqı barədə müzakirələr gedir. 2021-ci ilin ikinci hissəsində tikinti işləri tam yekunlaşacaq.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ödənişli avtomagistralın ümumi uzunluğu 150 km olacaq.