Yanğın Xaçmaz rayonunun Hülövlü kəndində bu gün, 4 iyul tarixində qeydə alınıb.
Ümumi sahəsi 260 kvadrat metr olan 2 mərtəbəli evin birinci mərtəbəsi tamamilə, ikinci mərtəbəsinin isə 70 kvadrat metr sahəsi yanıb, evin dam örtüyünə zərər dəyib.
FHN əməkdaşları evin qalan hissəsini yanğından mühafizə etməyi bacarıblar.
Bundan əvvəl 18 may, Xaçmaz rayonunda 150 kvadrat metr sahəsi olan geyim mağazasında yanğın baş vermişdir. Nəticədə mağazanın lambirdən olan tavanı ərimişdir. Ətraf obyektlər və insanlar xəsarət almayıb.