Son illər ərzində “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində 28 ədəd 35 kV-luq yeni yarımstansiya, 7 ədəd 35/0,4 kV-luq Komplekt Transformator Menteqesi (KTM) tikilib və 3 ədəd 35 kV-luq yarımstansiya yenidən qurulub. Bu barədə 24 iyun “Azərışıq” ASC məlumat verib.
Məlumata görə, yeni tikilmiş və yenidənqurulan yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb. Ümumilikdə, 125 km-lik 35 kV-luq yeni elektrik xəttləri çəkilib, 445 ədəd müxtəlif güclü transformator məntəqələri quraşdırılıb, 1534 km özünüizolyasiyalı (ÖİN tipli) naqil çəkilib və abonetlərin ünvanlarına 150 minə yaxın sayğac quraşdırılıb.
Xaçmaz şəhərində və İstisu qəsəbəsində, Qusar şəhəri, Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələri yenidən qurulur.