Şimal bölgəsində 13 ədəd subartezian quyu qazılacaq

10 İyul 2021, 20:08

Açıq mənbələrdən foto

Layihələndirilməsi və qazılmasına 910 min manat ayrılıb

Xaçmaz, Quba, Qusar və Şabran  rayonlarında subartezian quyuların qazılması üçün vəsayit ayrılıb.

Əhalisi 17 mindən çox olan, 13 yaşayış məntəqəsində 13 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə büdcədən 910 min manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahısı belədir:

■ Xaçmaz – 5 quyu

■Quba – 3 quyu

■Qusar – 3 quyu

Bundan əvvəl , 2020-ci ildə şimal bölgəsinə dövlət büdcəsindən subartezian quyularının qazılması üçün 700 min manat ayrılmışdır. Həmən il 10 yaşayış məntəqəsində 10 ədəd quyu qazılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.