Xudat-Yalama magistral yolunda Yalama kəndi yaxınlığında 10 iyun 14:40 radələrində əkin sahəsində yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerindədir.

İlkin ehtimallara görə sahə qəstdən yandırılıb.

Ərazinin böyük hissəsi tamamilə yanıb. Yanğınsöndürmə işləri davam edir.

Oxşar hadisə 5 iyun tarixində Qusarın Ləgərqışlaq kəndində baş verib. 300 kiloqram ot bağlaması, 1,4 hektar sahədə biçilmiş taxıl sahəsi və 3,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb.