1-5 iyul tarixində Qusar rayonunda beynəlxalq şahmat turniri keçirilib. Turnirdə 70-ə yaxın şahmatçı iştirak edib. Onlar Bakı, Sumqayıt, Xaçmaz, Qusar, Quba rayonları ilə yanaşı Gürcüstan və Rusiya federasiyasından qatılan şahmatçılar idilər.

9 turdan ibarət olan və 4 gün davam edən yarışda 17 yaşadək uşaqlar mübarizə aparıb.

Turnirin məqsədi Azərbaycanda şahmatın inkişafı və istedadlı gənc şahmatçıların üzə çıxarılmasıdır. Qaliblər və mükafatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qiymətli hədiyyələri, diplom və medalları ilə təltif olunublar.

Turnirin maraqlı və yaddaqalan hadisələrindən biri beynəlxalq qrossmeysterlər Nicat Məmmədov və Şəhriyar Məmmədyarovun turnirdə qonaq qismində iştirak etməsi olub. Nicat Məmmədov turnir işrirakçılarına seans verib və müəllifi olduğu “Həlledici taktiki zərbələr” adlı kitabını təqdim edib.

Bu yarış pandemiya dövründə açıq havada keçirilən ilk böyük yarışdır.

Yarışın yekun nəticələri:

  1.  Oğlanlar arasında: I yer –  İbrahim Seyidov, II yeri – Rüstəm Rüstəmov, III yer – Paşam Əlizadə;
  2. Qızlar arasında: I yer – Firəngiz Tarverdiyeva, II yer – Əsnad Baxşızadə, III yer – Dəniz Dövlətzadə;
  3.  8 yaş qrupu arasında: I yer – Fatimə Mirzəliyeva, II yer – Burzu Sarhad, III yer – Yusif Musasoy;
  4.  10 yaş qrupu arasında: I yer – Murad Rzayev, II yer – Ceyhun Zeynalzadə, III yer – Leyla Mirzəliyeva;
  5.  12 yaş qrupu arasında: I yer – Kənan İsbatov, II yer – Nursübhan İsmayılzadə, III yer – Rəvan Şatırov;
  6.  14 yaş qrupu arasında: I yer Rahim Qasımzadə, II yer – Allahverdi Həmidov, III yer – Sahib Əsgərov;
  7. 16 yaş qrupu arasında: I yer – Mirmehdi Səlifli, II yer – Məhəmməd Əsgərov, III yer – Rəşid Səfərov.